OPEK açıqlaması neft qiymətlərinə müsbət təsir etdi

28 Fevral 2019

Dünya enerji birjalarında ABŞ prezidenti ilə Səudiyyə Ərəbistanının enerji naziri arasında mövqe bildirmələr neft qiymətlərinin bahalaşmasına təsir edir.

OPEK açıqlaması neft qiymətlərinə müsbət təsir etdi

Səudiyyə Ərəbistanı ABŞ prezidenti Donald Trampın twitter səhifəsindəki paylaşımına cavab olaraq bildirdi ki, OPEK və onun müttəfiqləri neft istehsalının məhdudlaşdırılması proqramını davam etdirəcəklər.


Bu açıqlamadan sonra neft qiymətləri yüksəlməyə başladı.


Beləliklə, Səudiyyə Ərəbistanı Donald Trampın təzyiqlərinə qarşı çıxdığını açıq aydın bildirir.


Səudiyyə Ərəbistanı enerji nazirinin şərhlərinə görə, OPEK razılaşmasının ilin ikinci yarısında uzadılmasına ehtiyac ola bilər.