Palladium 1340$-a kimi 15% ucuzlaşdı

29 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında palladiumun qiymətlərində müşahidə edilən ucuzlaşmanın 1221$-a kimi proqnozları da gündəmdədir.

Palladium 1340$-a kimi 15% ucuzlaşdı

Palladiumun qiymətində ucuzlaşma davam etməkdədir. Maliyyə bazarlarında 1340$-a ticarət edilən palladium fyuçersləri cümə axşamının dəstək səviyyəsini qırarsa, 1313$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır. 


Təhlillərə əsasən, palladiumun (XPDUSD) qiyməti 1332.6$-ı aşağı istiqamətdə qırarsa, 1313.5$-a kimi də ucuzlaşa bilər. 


Daha uzun müddətli perspektivdə, qiymət sonuncu səviyyənin də altında qalarsa, 1221.5$-a kimi dəyər itirə bilər.


Qeyd etmək lazımdır ki, dünyada avtomobil sektorunda platin qrupu metallarına olan tələbin artması müşahidə edilir. Avtomobil satışlarında artım olmasa da dövriyyədə orta ölçünün genişlənməsi və emissiya qaydalarının sərtləşdirilməsi, palladiuma olan tələbin artmasına səbəb olur. 


Palladium daxili yanma mühərrikli avtomobillərdə katalizatorlarda istifadə edilir.