Palladium 1432$-a kimi ucuzlaşdı

28 Mart 2019

Beynəlxalq əmtəə birjalarında son bir neçə aydır sürətli artım dalğasından sonra yenidən ucuzlaşması, "Ayıların" diqqətini çəkib.

Palladium 1432$-a kimi ucuzlaşdı

Palladiumun qiymətində cari həftə ərzində müşahidə edilən sürətli ucuzlaşma investorların diqqət mərkəzindədir. Lakin maliyyə bazarlarında qiymətin 1432$-a kimi ucuzlaşmasından sonra sözügedən səviyyələrdə güclü dəstəklə qarşılaşa biləcəyi proqnozlaşdırılır. 


Təhlillərə əsasən, palladiumun qiyməti 1427.2$-ın üzərində qalarsa, 1474$-a kimi dəyər qazana bilər. 


Bununla yanaşı, foreks bazarlarında dolların qiymətləri də diqqət mərkəzində saxlanılmalıdır.