Palladium 1489$-a kimi də bahalaşa bilər

18 Fevral 2019

Dünya iqtisadiyyatına dair risklərin azalması ümidləri, əmtəə bazarlarında palladiuma olan tələbin də artmasına təsir edir və 1489$-a kimi bahalaşa bilər.

Palladium 1489$-a kimi də bahalaşa bilər

Palladiumun (XPD/USD) qiyməti yanvar ayının 25-də 1308.8$-da dəstək görərək başlatdığı bahalaşma dalğası, daha da sürətlənib. 


Son günlər dünya iqtisadiyyatına dair müsbət xəbərlərin yayılması, əmtəə birjalarında da qiymətlərin bahalaşmasına müsbət təsir edir. Bu baxımından cümə günü ABŞ ilə Çin arasında iki günlük görüş fonunda verilən bəyanatlar da investorların diqqət mərkəzindədir. 


Bununla yanaşı, dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin də ucuzlaşması, palladiumun bahalaşmasına müsbət təsir edir. 


Təhlillərə əsasən, beynəlxalq əmtəə birjalarında 1455$-a ticarət edilən palladiumun qiyməti, 1470.1 və 1489.3$-a kimi də dəyər qazana bilər.