Palladium 1518$-a kimi də bahalaşa bilər

19 Fevral 2019

Dünya iqtisadiyyatına dair risklərin azalması ümidləri, əmtəə bazarlarında palladiuma olan tələbin də artmasına təsir edir və 1518$-a kimi bahalaşa bilər.

Palladium 1518$-a kimi də bahalaşa bilər

Palladiumun (XPD/USD) qiyməti yanvar ayının 25-də 1308.8$-da dəstək görərək başlatdığı bahalaşma dalğası, hədəfləri sürətlə geridə qoymaqdadır. 


Təhlillərə əsasən, beynəlxalq əmtəə birjalarında 1481$-a ticarət edilən palladiumun qiyməti, 1507.1 və 1518.2$-a kimi də dəyər qazana bilər. 


Qeyd etmək lazımdır ki, son günlər dünya iqtisadiyyatına dair müsbət xəbərlərin yayılması, əmtəə birjalarında da qiymətlərin bahalaşmasına müsbət təsir edir. Bu baxımından bugündən ABŞ ilə Çin arasında Vaşinqtonda başlayan görüş fonunda verilən bəyanatlar da investorların diqqət mərkəzindədir. 


Bununla yanaşı, dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma, misin qiymətinə də müsbət təsir edir.