Palladium 1518$-a kimi dəyər qazana bilər

20 Fevral 2019

Foreksdə dolların ucuzlaşması, əmtəə birjalarında palladiumun qiymətləri ilə treyd edənlər üçün əlavə imkanlar yaradıb və 1518$-a kimi də bahalaşa bilər.

Palladium 1518$-a kimi dəyər qazana bilər

Palladiumun (XPD/USD) qiyməti yanvar ayının 25-də 1308.8$-da dəstək görərək başlatdığı bahalaşma dalğası, hədəfləri sürətlə geridə qoymaqdadır. 


Təhlillərə əsasən, beynəlxalq əmtəə birjalarında 1495$-a ticarət edilən palladiumun qiyməti, 1507.1 və 1518.2$-a kimi də dəyər qazana bilər. 


Əmtəə birjalarında qiymətlər dünya valyuta birjalarında dolların ucuzlaşması, treyderlərə əlverişli alış imkanları yarafıb. Maliyyə bazarlarında qiymətlərin daha da bahalaşa biləcəyi proqnozları güclü olaraq qalır.