Palladium 1433.8$-a kimi 3% bahalaşa bilər

08 Fevral 2019

Dünya əmtəə bazarlarında palladiumda müşahidə edilən bahalaşma, treyderlər üçün əlavə imkanlar yaradıb və 1433.8$-a kimi də bahalaşa bilər.

Palladium 1433.8$-a kimi 3% bahalaşa bilər

Palladiumun (XPD/USD) qiyməti yanvar ayının 25-də 1308.8$-da dəstək görərək başlatdığı bahalaşma dalğası, bu gün də davam etməkdədir. Cümə axşamının önəmli müqavimət səviyyəsini (1391.5$) qıran palladiumun, əlavə olaraq 3%-ə kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır. 


Təhlillərə əsasən, palladiumun qiyməti 1308.8$-ın üzərində qaldıqca, artım dalğasına davam edə biləcəyi proqnozları güclü olaraq qalır. Avropa sessiyasında 1395$-ın üzərində ticarəd edilən XPD/USD qiymətinin növbəti önəmli hədəfi 1422.4 və 1433.8$-dır.