Palladium 1548.6$-a kimi ucuzlaşa bilər

26 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında palladiumun qiyməti 1577.8$-da müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb.

Palladium 1548.6$-a kimi ucuzlaşa bilər

Palladiumun qiymətində son günlər müşahidə edilən ucuzlaşma dalğasının dərinləşə biləcəyi proqnozları artmaqdadır. Bazar ertəsi palladiumun 3% bahalaşmasına baxmayaraq, 1577.8$-da müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb. 


Avropa sessiyasında Asiya sessiyası dəstək səviyyəsinin qırılması, ucuzlaşmanın sürətlənə biləcəyinə işarədir. 


Təhlillərə əsasən, palladiumun qiyməti günün müqavimət səviyyəsi (1577.8$) altında qaldıqca, 1559.8 və 1548.6$-a kimi ucuzlaşa bilər. 


Bununla yanaşı, foreks bazarlarında dolların qiymətlərində müşahidə edilən tendensiya da diqqət mərkəzində saxlanılmalıdır.