Palladium bahalaşmaqda davam edir

13 Fevral 2019

Dünya əmtəə bazarlarında palladiumda müşahidə edilən qlobal artım dalğasının güclənə biləcəyi ehtimalları yenidən artmaqdadır.

Palladium bahalaşmaqda davam edir

Palladiumun (XPD/USD) qiyməti yanvar ayının 25-də 1308.8$-da dəstək görərək başlatdığı bahalaşma dalğası, keçən həftə 1403.0$-a kimi davam etdikdən sonra bazar ertəsi Asiya sessiyasında 1405.6$-da müqavimətlə rastlaşaraq ucuzlaşmışdı. 


Lakin bazar ertəsi Amerika sessiyasında yenidən 1371.2$-da dəstək görərək bahalaşmağa başlayan qiymət, cari həftənin müqavimət səviyyəsini qırıb. 


Təhlillərə əsasən, beynəlxalq əmtəə birjalarında 1406$-a ticarət edilən palladiumun qiyməti, bazar ertəsinin dəstək səviyyəsi (1371.2) üzərində qaldıqca, 1422.4 və 1433.8$-a kimi də dəyər qazana bilər.