Palladium 1371.2$-da dəstək gördü

12 Fevral 2019

Dünya əmtəə bazarlarında palladiumda müşahidə edilən qlobal artım dalğası fonunda korreksiyanı bitməsinə dair proqnozlar güclənməkdə.

Palladium 1371.2$-da dəstək gördü

Palladiumun (XPD/USD) qiyməti yanvar ayının 25-də 1308.8$-da dəstək görərək başlatdığı bahalaşma dalğası, keçən həftə 1403.0$-a kimi davam etdikdən sonra bazar ertəsi Asiya sessiyasında 1405.6$-da müqavimətlə rastlaşaraq ucuzlaşmışdı. 


Lakin bazar ertəsi Amerika sessiyasında yenidən 1371.2$-da dəstək görərək bahalaşmağa başlayıb. 


Təhlillərə əsasən, beynəlxalq əmtəə birjalarında 1390$-a ticarət edilən palladiumun qiyməti, 1392$-ın üzərində möhkəmlənərsə, 1405$-a kimi də dəyər qazana bilər.