Palladiumda bahalaşma 1548$-ın dəfi ilə güclənə bilər

13 Mart 2019

Beynəlxalq əmtəə birjalarında bahalaşan fyuçerslər arasında palladiumun da qiyməti "Buğaların" diqqət mərkəzindədir.

Palladiumda bahalaşma 1548$-ın dəfi ilə güclənə bilər

Palladiumun fyuçerslərində bahalaşma müşahidə edilməkdədir və bununla da əmtəə birjalarında bahalaşmanın yeni maksimumlara səbəb ola biləcəyi proqnozları güclənməkdədir. 


Dünya əmtəə birjalarında palladiuma olan tələbin yüksəlməsi, metallar arasında daha çox bahalaşan alət kimi ad qazanıb. 


Təhlillərə əsasən, hal-hazırda 1543$-a təklif edilən palladiumun qiyməti, 1548$-ı yuxarı istiqamətdə qırarsa, 1566$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır. 


Sonuncu səviyyənin qırılması isə qlobal artım dalğasının bərpası üçün güclü siqnaldır.