Palladiumda bahalaşma davam edir

15 Mart 2019

Beynəlxalq əmtəə birjalarında bahalaşan fyuçerslər arasında palladiumun da qiyməti "Buğaların" diqqət mərkəzindədir və ilkin yaxın hədəf 1577$-dır.

Palladiumda bahalaşma davam edir

Palladiumun fyuçerslərində bahalaşma müşahidə edilməkdədir və bununla da əmtəə birjalarında bahalaşmanın yeni maksimumlara səbəb ola biləcəyi proqnozları güclənməkdədir. 


Dünya əmtəə birjalarında palladiuma olan tələbin yüksəlməsi, metallar arasında daha çox bahalaşan alət kimi treyderlərin diqqət mərkəzindədir. 


Təhlillərə əsasən, hal-hazırda 1558$-a təklif edilən palladiumun qiyməti, 1566$-ı yuxarı istiqamətdə qırarsa, 1577$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır. 


Sonuncu səviyyənin qırılması isə qlobal artım dalğasının 1656$-a kimi güclənməsinə səbəb ola bilər.