Palladiumda eniş davam edə bilər

25 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında palladiumun fyuçerslərində müşahidə edilən ucuzlaşma, treyderlərin diqqət mərkəzindədir.

Palladiumda eniş davam edə bilər

Cümə günü hərracda palladiumun qiyməti kəskin şəkildə düşdü - metalın dəyəri 3% dəyər itirdi və hal-hazırda qiyməti 1550.50 dollar təşkil edir. Qiymət artımları olmadığından və həftə sonu ilə əlaqədar spekulyantların əməliyyatlarını reallaşdırmaları texniki görünüşün lokal pozulmasına səbəb oldu. Həftəlik cədvəldə yaranan şama nəzər yetirsək, hələ də eniş riskinin olması real görünür.


Bu enişlər bazar iştirakçılarında alış əməliyyatı üçün yeni bir maraq yarada bilər.


Lakin qiymətlər bazar dəyərindən yüksək qiymətləndirilir və bazar iştirakçıları qlobal avtomobil bazarındaki tendensiyanı qiymətlərin ucuzlaşması üçün təsirlərini görməyə bilərlər.


Analitiklər hesab edirlər ki, palladium qiymətləri yüksək qalacaq, amma indiki qiymətlərdə deyil, qiymətlərin hər bir unsiya üçün 1200 dollara düşə bilməsi ehtimalları var.