Palladiumda ucuzlaşma başladı

11 Fevral 2019

Dünya əmtəə bazarlarında palladiumda müşahidə edilən qlobal artım dalğası fonunda korreksiya başlayıb.

Palladiumda ucuzlaşma başladı

Palladiumun (XPD/USD) qiyməti yanvar ayının 25-də 1308.8$-da dəstək görərək başlatdığı bahalaşma dalğası, keçən həftə 1403.0$-a kimi davam etdikdən sonra cari həftə 1405.6$-da müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb. 


Təhlillərə əsasən, palladiumun qiyməti 1368.6$-ı da aşağı istiqamətdə qıraraq, altında qalarsa, 1345.8 və 1328.2$-a kimi də ucuzlaşa bilər. 


Qlobal artım dalğası isə qiymətin 1392.5 və 1405.6$-ı yuxarı istiqamətdə qırdıqdan sonra yenidən güclənə bilər.