Palladiumun qiymətində canlanma

07 Mart 2019

Beynəlxalq əmtəə birjalarında palladiumun qiyməti ən çox dəyər qazanan metallar arasında treyderlərin diqqət mərkəzində.

Palladiumun qiymətində canlanma

Palladiumun qiyməti 1500$-a kimi korreksiya etdikdən sonra bahalaşmağa başlayıb. 


Əmtəə birjalarında hal-hazırda 1530$-ın üzərində təklif edilən palladium fyuçersləri, keçən həftənin müqavimət səviyyəsinin qırılması ilə növbəti qlobal artım dalğasının əsasını qoya bilər. 


Palladiumun bahalaşması, dünya bazarlarında təklif defisitinin getdikcə artmasıdır. 


Təhlillərə əsasən, palladiumun qiyməti 1541$-ın üzərində möhkəmlənərsə, 1566$-a kimi dəyər qazana bilər. 


Sonuncu səviyyə keçən həftənin müqavimət səviyyəsidir və bunun da qırılması uzun müddətli perspektivdə qlobal artım dalğasını 1660$-a kimi gücləndirə bilər.