Pambığın qiyməti 68$-a kimi ucuzlaşa bilər

14 Fevral 2019

Əmtəə bazarlarında pambığın qiymətində müşahidə edilən ucuzlaşma dinamikası zəifləsə də 68$-a kimi də davam edə biləcəyi proqnozlaşdırılır.

Pambığın qiyməti 68$-a kimi ucuzlaşa bilər

Beynəlxalq əmtəə birjalarında pambığın qiymətində bazar ertəsi müşahidə edilən sürətli ucuzlaşma dalğası, 70$-da müqavimətlə rastlaşıb. Maliyyə bazarlarında qiymətin əlavə olaraq, 5%-ə kimi ucuzlaşa biləcəyi proqnozlaşdılır. 


Qiymətində adətən Amerika sessiyalarında güclü dalğanma müşahidə edilən pambığın qiyməti, bu gün Avropa sessiyasında 70.22$-a ticarət edilib və ümumilikdə son bir ilin minimum səviyyəsini qırması, eniş dalğasının daha dərin ola biləcəyini proqnozlaşdırmağa əsas verir.


Təhlillərə əsasən, pambığın qiyməti yanvar ayının müqavimət səviyyəsi (74.70$) altında qaldıqca, 68.09$-a kimi ucuzlaşa bilər.