Pambığın qiymətində bahalaşma proqnozları

21 Fevral 2019

Foreksdə dolların ucuzlaşması gözləntiləri və pambığın son bir ilin dəstək səviyyəsi üzərində ticarət edilməsi bahalaşma proqnozlarını gücləndirir.

Pambığın qiymətində bahalaşma proqnozları

Beynəlxalq əmtəə birjalarında pambığın qiymətində qlobal eniş dalğası dinamikasının getdikcə zəifləməsi və son bir ilin dəstək səviyyəsi üzərində ticarət edilməsi, güclü artım dalğasının başlaya biləcəyi proqnozlarını da gücləndirib. 


Dünja birjalarında bir bale üzrə qiymətin hal-hazırda 70.20$-a - son bir ilin önəmli dəstək səviyyəsinin (69.40$) üzərində ticarət edilməsi. alış həcmlərinin artmasına səbəb olub. 


Bununla yanaşı, Amerika Mərkəzi Bankının (FED) cari il üzrə ehtiyatlı mövqeyi və əslində, bir siyasi planının olmaması, dolların dünya birjalarında ucuzlaşmasını sürətləndirə bilər. Bu da öz növbəsində əmtəə birjalarında fyuçerslərin qiymətlərində artımı yenidən gücləndirəcəkdir. 


Təhlillərə əsasən, pambığın bir bale üzrə qiyməti 69.40$ üzərində qaldıqca, 70.95 və 71.70$-a kimi bahalaşa bilər. 


Lakin qiymətin qlobal eniş dalğasının 4%-ə kimi dərinləşə biləcəyi proqnozları da diqqət mərkəzində saxlanılmalıdır.