Pambığın qiymətində güclü dalğalanma

25 Fevral 2019

Beynəlxalq əmtəə birjalarında pambığın qiymətində dalğalanma, müqavimətin qırılmasının və beləliklə, növbəti artım proqnozlarını gücləndirib.

Pambığın qiymətində güclü dalğalanma

Beynəlxalq əmtəə birjalarında pambığın qiymətində yeni həftənin ilk sessiyasında müşahidə edilən 4%-lik bahalaşma, 4%-lik ucuzlaşma ilə davam edib. Lakin qiymətin yenidən ucuzlaşmasına baxmayaraq, bahalaşmanın yanvar ayının müqavimət səviyyəsini qırması treyderlərin diqqətini çəkib. Bu, qiymətin növbəti bahalaşma dalğası fonunda proqnozları gücləndirir. 


Təhlillərə əsasən, pambığın bir bale üzrə qiyməti yeni maksimumu (75.02$) yenidən qırarsa, 75.76$-a kimi dəyər qazana bilər. Qiymət sonuncu səviyyənin üzərində möhkəmlənərsə, bahalaşma 79.69$-a kimi də sürətlənə bilər.