Pambığın qiymətində sürətli ucuzlaşma

12 Fevral 2019

Beynəlxalq bazarlarda pmabığın qiymətində müşahidə edilən ucuzlaşma son bir ilin minimum səviyyəsini yeniləməsi ilə nəticələnib.

Pambığın qiymətində sürətli ucuzlaşma

Beynəlxalq əmtəə birjalarında pambığın qiymətində bazar ertəsi müşahidə edilən sürətli ucuzlaşma dalğası, bu gün 70$-da müqavimətlə rastlaşıb. Maliyyə bazarlarında qiymətin əlavə olaraq, 5%-ə kimi ucuzlaşa biləcəyi proqnozlaşdılır. 


Qiymətində adətən Amerika sessiyalarında güclü dalğanma müşahidə edilən pambığın qiyməti, bazar ertəsi 70.17$-a kimi 3% dəyər itirdikdən sonra korreksiya edib. Bu gün Avropa sessiyasında 70.63$-a ticarət edilən qiymətin, ümumilikdə son bir ilin minimum səviyyəsini qırması, eniş dalğasının daha dərin ola biləcəyini proqnozlaşdırmağa əsas verir.


Təhlillərə əsasən, pambığın qiyməti yanvar ayının müqavimət səviyyəsi (74.70$) altında qaldıqca, 68.09 və 66.23$-a kimi ucuzlaşa bilər.