Pambıq 74.74$-a kimi bahalaşdı

07 Mart 2019

Beynəlxalq əmtəə birjalarında pambıqda müşahidə edilən bahalaşma, 75$-ın qırılması ilə 80$-a kimi davam edə bilər.

Pambıq 74.74$-a kimi bahalaşdı

Pambığın qiymətində müşahidə edilən bahalaşma treyderlərin diqqətini çəkir. 


Təhlillərə əsasən, pambığın bir bale üzrə qiyməti 75.02$-ı yuxarı istiqamətdə qırarsa, bahalaşma 79.69$-a kimi güclənə bilər. Bu istiqamətdə 75.76$ da keçilməsi önəmli olan müqavimət səviyyəsi arasındadır. 


Qeyd etmək lazımdır ki, fevral ayının 22-sində qiymətin 75$-a kimi bahalaşaraq, yanvar ayının müqavimət səviyyəsini qırması, bahalaşmanın güclənə biləcəyi proqnozları artırmışdı.