Pambıqda 75$-a kimi bahalaşma proqnozları

11 Mart 2019

Pambığın bir bale üzrə qiyməti 74$-ın üzərində möhkəmlənə bilərsə, 75$-a kimi də bahalaşa bilər. Bu, cari ilin maksimum səviyyəsidir.

Pambıqda 75$-a kimi bahalaşma proqnozları

Beynəlxalq əmtəə birjalarında pambığın qiyməti keçən həftə ərzində 72.38$-a kimi korreksiya etsə də sözügedən səviyyədə dəstək görərək, yenidən bahalaşmağa başlayıb. 


Dünya valyuta birjalarında dollara olan tələbin artması, əmtəə birjalarında aktivlərin də qiymətlərinin ucuzlaşmasına səbəb olur. 


Təhlillərə əsasən, pambığın bir bale üzrə qiyməti keçən həftənin dəstək səviyyəsi üzərində qaldıqca, 74.74 və 75.02$-a kimi dəyər qazana bilər. Bu istiqamətdə qiymətin 73.84$-ın üzərində möhkəmlənməsi də önəmli rol oynayacaqdır.