Pambıqda bahalaşma dinamikası güclənib

04 Mart 2019

Beynəlxalq əmtəə birjalarında pambığın qiymətində müşahidə edilən bahalaşma 80$-a kimi güclənə bilər.

Pambıqda bahalaşma dinamikası güclənib

Pambığın qiymətində müşahidə edilən bahalaşma treyderlərin diqqətini çəkir. 


Foreks bazarlarında dolların qiymətlərində müşahidə edilən bahalaşmanın əmtəə birjalarında aktivlərin ucuzlaşmasına təsir etdiyi bir şəraitdə, pambığın qiymətində bahalaşma dinamikası güclənib. 


Təhlillərə əsasən, pambığın bir bale üzrə qiyməti 71.74$-ın üzərində qaldıqca, bahalaşma proqnozları güclü olaraq qalacaqdır. Bu istiqamətdə 75.02$-ın yuxarı istiqamətdə qırılması dinamikanı gücləndirə bilər. Bundan sonraki önəmli müqavimət səviyyəsi 79.69$-dır. 


Qeyd etmək lazımdır ki, fevral ayının 22-sində qiymətin 75$-a kimi bahalaşaraq, yanvar ayının müqavimət səviyyəsini qırması, bahalaşmanın güclənə biləcəyi proqnozları artırmışdı.