Pambıqda bahalaşma gücləndi

13 Mart 2019

Pambığın bir bale üzrə qiymətində bahalaşma güclənərək, mart ayının maksimum səviyyəsini qırıb və 77$-a kimi də bahalaşa bilər.

Pambıqda bahalaşma gücləndi

Beynəlxalq əmtəə birjalarında pambığın qiyməti keçən həftə ərzində 72.38$-a kimi korreksiya etsə də sözügedən səviyyədə dəstək görərək, yenidən bahalaşaraq, mart ayının müqavimətini qırıb. 


Dünya valyuta birjalarında dollara olan tələbin artması, əmtəə birjalarında aktivlərin də qiymətlərinin ucuzlaşmasına səbəb olmuşdu. 


Təhlillərə əsasən, pambığın bir bale üzrə qiyməti 75.02$-ı qırarsa, 75.76 və 77.36$-a kimi dəyər qazana bilər.