Pambıqda bahalaşma güclənir

06 Mart 2019

Beynəlxalq əmtəə birjalarında pambığın qiymətində müşahidə edilən bahalaşma 80$-a kimi davam edə bilər.

Pambıqda bahalaşma güclənir

Pambığın qiymətində müşahidə edilən bahalaşma treyderlərin diqqətini çəkir. 


Təhlillərə əsasən, pambığın bir bale üzrə qiyməti 71.74$-ın üzərində qaldıqca, bahalaşma proqnozları güclü olaraq qalacaqdır. Bu istiqamətdə 75.02$-ın yuxarı istiqamətdə qırılması dinamikanı gücləndirə bilər. Bundan sonraki önəmli müqavimət səviyyəsi 79.69$-dır. 


Qeyd etmək lazımdır ki, fevral ayının 22-sində qiymətin 75$-a kimi bahalaşaraq, yanvar ayının müqavimət səviyyəsini qırması, bahalaşmanın güclənə biləcəyi proqnozları artırmışdı.