Pambıqda hər an güclü bahalaşma başlaya bilər

28 Fevral 2019

Beynəlxalq əmtəə birjalarında pambığın qiymətində keçən həftə güclü volatillik, gələcək artım dalğasının əsasını qoyub.

Pambıqda hər an güclü bahalaşma başlaya bilər

Beynəlxalq əmtəə birjalarında pambığın qiyməti keçən həftə 4% bahalaşdıqdan sonra yenidən 4% ucuzlaşma ilə davam etməsinə baxmayaraq, bahalaşmanın yanvar ayının müqavimət səviyyəsini qırması, treyderlərin diqqətini çəkib. Bu hadisə qiymətin növbəti bahalaşma dalğası fonunda proqnozları gücləndirib. 


Təhlillərə əsasən, pambığın bir bale üzrə qiyməti yeni maksimumu (75.02$) yenidən qırarsa, 75.76$-a kimi dəyər qazana bilər. Qiymət sonuncu səviyyənin üzərində möhkəmlənərsə, bahalaşma 79.69$-a kimi də sürətlənə bilər.