Pambıqda iki gündür bahalaşma müşahidə edilir

01 Mart 2019

Beynəlxalq əmtəə birjalarında pambığın qiymətində müşahidə edilən bahalaşma, 75$-ın dəf edilməsi proqnozlarını yenidən gündəmə gətirib.

Pambıqda iki gündür bahalaşma müşahidə edilir

Beynəlxalq əmtəə birjalarında pambığın qiymətində cümə axşamı Amerika sessiyasında müşahidə edilən bahalaşma, bu gün Avropa sessiyasında zəif olsa da davam edib. 


Maliyyə bazarlarında analitiklər qiymətin 75.02$-ın altında ticarət olunduqca, bahalaşması fonunda ehtiyatlı olmağı tövsiyyə etsələr də qiymətin cari səviyyələrdən ucuzlaşa biləcəyi ehtimalları da zəif qiymətləndirilir. 


Təhlillərə əsasən, qısa müddətli perspektivdə hal-hazırda 73.12$-a ticarət edilən pambığın bir bale üzrə qiyməti, 73.80$-ın üzərində möhkəmlənərsə, 75.02$-a kimi də bahalaşa bilər. 


Qeyd etmək lazımdır ki, keçən həftə qiymətin 75$-a kimi bahalaşaraq, yanvar ayının müqavimət səviyyəsini qırması, bahalaşmanın güclənə biləcəyi proqnozları artırmışdı.