Şəkərdə ucuzlaşma dərinləşir

04 Mart 2019

Foreks bazarlarında dolların bahalaşması, əmtəə birjalarında şəkərin da ucuzlaşmasına təsir edir və 12.35$-a kimi ucuzlaşa bilər.

Şəkərdə ucuzlaşma dərinləşir

Beynəlxalq əmtəə birjalarında şəkərin qiyməti ucuzlaşmaqda davam edir və önəmli dəstək səviyyələrinə yaxınlaşdıqca, ucuzlaşmanın dərinləşə biləcəyi proqnozları artmaqdadır. 


Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşması, özünü əmtəə birjalarında da göstərməkdədir. 


Təhlillərə əsasən, şəkərin bir funt üzrə qiyməti 12.48$-ə aşağı istiqamətdə qırarsa, 12.35$-a kimi ucuzlaşa bilər. Sonuncu səviyyədə qiymət yenidən güclü dəstəklə qarşılaşa bilər. 


Bununla yanaşı, dolların foreks bazarlarındaki qiymətlərini də diqqət mərkəzində saxlamaq lazımdır.