Parlament Meyin Breksit tarixi təklifini qəbul etdi

28 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında böyük maraqla izlənilən Breksit prosesi fonunda Tereza Meyin parlamentdən dəstək aldığı xəbərləri yayılıb.

Parlament Meyin Breksit tarixi təklifini qəbul etdi

İngiltərə parlamenti çərşənbə günü baş nazir Tereza Meyin Breksit tarixinin ərtələnməsi təklifini dəstəkləyib. 


Beləliklə, Tereza Meyin AB ilə razılaşdırmağa çalışdığı yeni Breksit sazişi parlamentdə yenidən qəbul edilməsə, bu zaman yuxarıdakı gedişat aktuallaşacaq. 


Qeyd etmək lazımdır ki, yeni Breksit sazişinin parlamentdə sesverməyə çıxarılması mart ayının 12-sinə baş tutacaqdır və bu vaxta kimi Tereza Meyin AB ilə razılıq əldə etməsi üçün danışıqlar aparması üçün vaxtı vardır. Sonuncu dəfə baş nazir parlamentdən AB ilə danışıqlar üçün vaxt istəmişdi. 


Hakimiyyətdə sazişsiz Breksit prosesinin əleyhdarları güclü və Tereza Meyin hakimiyyətinə qarşı təhlükə idilər. Bu səbəbdən mart ayına kimi baş nazir AB ilə razılıq əldə etmədiyi təqdirdə, danışıqların uzadılması təkliflərini özü də qəbul edib. 


Bir müddət əvvəl isə Tereza Mey mart ayına kimi AB ilə razılığın əldə olunub olunmamasına baxmayaraq, ölkəsinin birliyi tərk edəcəyini açıqlamışdı. Bu, sazişsiz Breksitin böyük iqtisadi və siyasi xaosa səbəb olacağı gözləntilərini gücləndirirdi.