Parlament sədri Breksit səsverməsinin qarşısını alıb

19 Mart 2019

Dünya maliyyə bazarlarında bu həftə ərzində keçirilməsi gözlənilən üçüncü Breksit sazişi səsverməsinin keçirilməməsi ehtimalları artması diqqət mərkəzində.

Parlament sədri Breksit səsverməsinin qarşısını alıb

İngiltərə parlamenti eyni Breksit razılaşmasını yenidən səsverməyə çıxara bilməz. Bu haqda parlament sədri Con Berkov bazar ertəsi məlumat verib. İngiltərə höküməti ilə Avropa Birliyi arasında razılaşdırılan sazişdə dəyişiklik olmadan səsverməyə yenidən çıxarılması 415 illik köhnə qanuna ziddir. Qanuna əsasən, eyni sənəd istənilən qədər səsverməyə çıxarıla bilməz. Bununla da Brekov hökümətin Breksit planlarını pozub. 


Parlament sədrinin bugünə kimi sərt Breksit tərəfdarlarının xoşuna gəlməyən qərarlar verdiyini vurğulayan hökümət sözçüsü isə Berkovun höküməti əvvəlcədən xəbərdar etmədiyini bildirib. Brekov AB-yə dost münasibəti ilə seçilir. 


AB komissiyasının sədri Jan-Klod Yunker və şura sədri Donald Task Londonda baş verən son siyasi hadisələri şərh etmək istəməyiblər. 


Baş nazir Tereza Mey Breksit sazişi ilə parlamentdə artıq iki dəfə uğursuzluq əldə edib. Çərşənbə gününə kimi (AB zirvə toplantısına bir gün qalmış) deputatlar üçüncü dəfə səsverməyə getməli idilər.