Parlamentin İngiltərə hökümətinə qarşı yeni tələbi

10 Sentyabr 2019

Beynəlxalq maliyyə bazarlarında parlament ilə İngiltərə höküməti arasında mübarizə investorların diqqət mərkəzindədir.

Parlamentin İngiltərə hökümətinə qarşı yeni tələbi

Bazar ertəsi sazişsiz Breksitin qarşısını alan qanun layihəsinin kraliçə II Yelizabet tərəfindən də imzalanmasından sonra hökümətin tələbi ilə parlament tətilə göndərilməli idi. Lakin bundan sonra son dəqiqələrdə Conson yenidən qarşı addım ilə qarşılaşıb. Belə ki, parlamentin aşağı palatası hökümətdən sazişsiz Breksit və parlamentin tətilə göndərilməsi planlarına dair bütün sənədləri tələb edib. Tələb 302 səsə qarşı 311 səs ilə qəbul edilib. 

Tənqidçilər parlamentin tətilə göndərilməsini, deputatların imkanlarını oktyabrın 31-nə kimi məhdudlaşdırmaq üçün taktiki addım hesab edir. Deputatlar indi yeni tələblə hökümət işçilərinin qərar öncəsi bütün danışıqlarını görmək istəyirlər: Şəxsi maildən "Whatsapp"mesajlarına kimi. 

Lakin mediada hökümətin tələbi yerinə yetirməyəcəklərinə dair xəbərlər də yayılmaqdadır. Deputatların tələblərinin icrası üçün hansı imkanlara sahib olduqları da məlum deyil.