Pentaqon: Çinin qarətçi iqtisadiyyat siyasəti

07 Avqust 2019

ABŞ və Çin arasında ticarət böhranının böyüməsi fonunda Amerikanın müdafiə naziri Mark Esper Pekini "qarətçi" iqtisadiyyat siyasəti ilə ittiham edib.

Pentaqon: Çinin qarətçi iqtisadiyyat siyasəti

Çin iqtisadi siyasəti "ayaqda saxlamağa çalışdığımız" beynəlxalq qanunları pozur, deyə Esper çərşənbə günü Yaponiyanın baş naziri Şinzo Abe ilə Tokyoda görüşü zamanı deyib. Bununla yanaşı, nazir Çini hərbi aqresiya ilə də günahlandırır: "Çin regionun stabilliyini pozmaqda davam edir". 

Şimali Koreya ilə əlaqədar olaraq isə Esper Amerikanın Şimali Koreyanın tamamilə, bir daha bərpa edilməyəcək formada və vaxt aşırı yoxlanılması şərtilə nüvəsizləşdirilməsində borcludur. Yaponiyaya isə Şimali Koreyaya qarşı tətbiq edilən BMT sanksiyalarının həyata keçirilməsində dəstəyinə görə təşəkkür edilib. Yaponiya Amerikanın Asiya-Pasifik regionunda ən önəmli müttəfiqidir. 

Qeyd etmək lazımdır ki, bundan öncə Vaşinqton Pekini valyuta manipulyasiyası ilə ittiham etmişdir. Çərşənbə axşamı isə Şimali Koreya raket sınaqları - Yaponiya dənizinə atışlar həyata keçirmişdir. Bu, son iki həftə ərzində dördüncü raket sınağıdır. BMT qətnaməsi Şimali Koreyaya nüvə bombaları sınaqları keçirtdiyi üçün qısa, orta və uzun mənzilli ballistik raketlərin sınağını qadağan edir.