Platinda eniş dalğası 731.0$-a kimi davam edə bilər

11 Fevral 2019

Əmtəə bazarlarında platinin qiymətində keçən həftə ərzində müşahidə edilən eniş dalğasının 1.7% də davam edə bilər. 7%-ə kimi də sürətlənə bilər.

Platinda eniş dalğası 731.0$-a kimi davam edə bilər

Platinin qiymətində yanvar ayı ərzində iki güclü artım dalğası müşahidə edilsə də 833.8-829.6$ səviyyələrində müqavimətlə rastlaşıb. Keçən həftə ərzində 4.6% ucuzlaşan platinin qiyməti hal-hazırda əmtəə birjalarında 786.5$-a təklif edilməkdədir.


Təhlillərə əsasən, qiymət keçən ayın önəmli dəstək səviyyəsi sayılan 783.6$-ı da aşağı istiqamətdə qıraraq, altında qalarsa, 775.7 və 770.3$-a kimi də ucuzlaşa bilər. 


Bundan sonra eniş dalğası 753.4 və 731.0$-a kimi də sürətlənə bilər.