Platinda eniş dalğası qorunmaqda

12 Fevral 2019

Əmtəə bazarlarında platinin qiymətində keçən həftə ərzində müşahidə edilən eniş dalğasının 7%-ə kimi sürətlənə bilər.

Platinda eniş dalğası qorunmaqda

Platinin qiymətində yanvar ayı ərzində iki güclü artım dalğası müşahidə edilsə də 833.8-829.6$ səviyyələrində müqavimətlə rastlaşmışdı. Keçən həftə ərzində 4.6% ucuzlaşan platinin qiyməti, hal-hazırda əmtəə birjalarında 787.7$-a təklif edilməkdədir.


Qiymət bazar ertəsi 781.4$-a kimi ucuzlaşmaqla, keçən ayın önəmli dəstək səviyyəsi sayılan 783.6$-ı qırmaqla, eniş dalğasının daha da sürətlənə biləcəyi proqnozlarını gücləndirmişdir. 


Təhlillərə əsasən, qiymət 783.6$-ı da aşağı istiqamətdə qıraraq, 775.7 və 770.3$-a kimi də ucuzlaşa bilər. Bundan sonra eniş dalğası 753.4 və 731.0$-a kimi də sürətlənə bilər.