Polşa: Brüssel və Londonun yaxınlaşmasını dəstəkləyirik

28 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında Breksit prosesini böyük maraqla izləyən investorlar üçün yeni xəbərlər gəlməkdədir.

Polşa: Brüssel və Londonun yaxınlaşmasını dəstəkləyirik

Polşanın xarici işlər naziri Yacek Kaputoviçin fikirlərinə əsasən, İngiltərənin Avropa Birliyindən sazişsiz ayrılmasının qarşısını almaq lazımdır. Breksit tarixinin uzadılması da London ilə Brüsseli yaxınlaşdıracaqsa, Polşa buna dəstək verməkdə hazırdır. 


İngiltərə höküməti ilə AB üzvləri arasında ortaq məxrəcə gəlinməsinə dair siyasi açıqlamalar iqtisadi və siyasi risklərin azalmasına işarədir. 


Qeyd etmək lazımdır ki, İngiltərə baş naziri Tereza Mey mart ayının 29-da sazişin razılaşdırılmasına baxmayaraq, Breksitin baş tutmasında inadkarlıq göstərirdi. Bu, siyasi və iqtisadi xaos gözləntilərini yüksəltmişdi. Lakin çərşənbə axşamı Meyin də tarixin uzadılması ilə razılaşması, Avropa maliyyə bazarlarında da müsbət qarşılanıb.