PMB-nın faiz qərarı və USD/PLN məzənnəsi

06 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında Polşa Mərkəzi Bankının faiz qərarı açıqlamasından sonra USD/PLN məzənnəsinin bahalaşa biləcəyi proqnozlaşdırılır.

PMB-nın faiz qərarı və USD/PLN məzənnəsi

Bu gün Bakı vaxtı ilə saat 17:45-də Polşa Mərkəzi Bankı rəsmiləri uçot faiz dərəcəsini 1.50%-də stabil saxladıqlarını açıqladılar. Mərkəzi Bankın sədri Adam Qlapinski öz sədrliyi müddətində, yəni 2022-ci ilə qədər faiz dərəcəsini dəyişmək niyyətində olmadıqlarını bildirdi. 


Önümüzdəki günlərdə USD/PLN üzrə cütüyün qiyməti 3.80 səviyyəsini test edə bilər. 


Qeyd edim ki, Polşa Mərkəzi Bankı sonuncu dəfə faiz dəyişikliyinə 2012-ci ildə getmişdi.