Polşada inflyasiya 0.9%-ə düşdü

15 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında son zamanlar yenidən təzyiq altında olan zlotın qiyməti, açıqlanan göstəricilər fonunda daha da ucuzlaşa bilər.

Polşada inflyasiya 0.9%-ə düşdü

Polşanın milli statistika idarəsinin açıqladığı rəsmi məlumatlara əsasən, ölkədə istehlak qiymətləri indeksi yanvar ayında aylıq müqayisədə 0.1%, illik müqayisədə 0.9% artıb. 


Aylıq artım dinamikasında artım müşahidə edilsə də inflyasiyanın illik artım dinamikasında azalma var. Dekabr ayında Polşada inflyasiya 1.1% artmışdı.