Polşadan inflyasiya göstəriciləri açıqlanacaqdır

14 Fevral 2019

Zlot ilə ticarət edən treyderlər cümə günü açıqlanacaq fundamental göstəricilər arasında Polşanın inflyasiya göstəricilərini də gözləyirlər.

Polşadan inflyasiya göstəriciləri açıqlanacaqdır

Cümə günü Bakı vaxtı ilə saat 12:00-da Polşadan aylıq və illik istehlakçı qiymət indeksi açıqlanacaq. 


İstehlakçı qiymət indeksi inflyasiya səviyyəsinə birbaşa təsir edən əsas amildir. İndekslər üzrə illik 0.9% aylıq isə 0.1% gözlənti var. 


Açıqlanacaq rəqəmlər proqnozların üzərində olarsa, bu, Polşa valyutasının - zlotın bahalaşmasına, zəif olarsa isə uzlaşmasına səbəb ola bilər. 


Əksər analitiklər indekslərin gözləntinin üzərində açıqlanacağını ehtimal edir.