Polşanın iqtisadi inkişaf sürəti 4.9%-ə düşdü

14 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında zlot ilə ticarət edən treyderlərin diqqət mərkəzində olan göstəricilər bu gün mənfi açıqlanıb.

Polşanın iqtisadi inkişaf sürəti 4.9%-ə düşdü

Polşa iqtisadiyyatı 2018-ci ilin dördübcü rübündə rüblük müqayisədə 0.5%, illik müqayisədə isə 4.9% böyüyüb. Bu haqda Polşanın dövlət statistika idarəsi ümumi daxili məhsul haqqında statistik məlumatlarını açıqlayarkən bildirib. ÜDM müəyyən dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyərini ölçür.


Beləliklə, Polşanın iqtisadi inkişaf sürəti 2018-ci ildə 5.0%-dən 4.9%-ə düşüb.