Povel: ABŞ iqtisadiyyatında böhran ehtimalları artmayıb

13 Fevral 2019

FED sədri Jerom Povel çərşənbə axşamı çıxışı zamanı ABŞ iqtisadiyyatındaki vəziyyəti sonuncu göstəricilərə əsasən yaxşı qiymətləndirib.

Povel: ABŞ iqtisadiyyatında böhran ehtimalları artmayıb

Amerika Mərkəzi Bankının (FED) sədri Jerom Povel Missisipi ştatında çıxışı zamanı ABŞ iqtisadiyyatı fonunda böhran ehtimallarının artmasını hiss etmədiyini bildirib. 


Bununla yanaşı, sədr fiskal siyasətin monetar siyasətdən güclü alət olduğunu vurğulayıb və əlavə edib ki, ABŞ iqtisadiyyatının sonuncu göstəricilərinə əsasən yaxşı vəziyyətdədir. 


Qeyd etmək lazımdır ki, yanvar ayında prezident Donald Tramp ilə Jerom Povelin görüşü olmuşdur və bu, tarixdə nadir hadisə kimi qələmə verilir.