Povel artan faiz azaldılması ehtimallarına səbəb oldu

10 İyul 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün böyük maraqla gözlənilən FED sədrinin çıxışı, bu ay ilkin faiz azaldılmasına gedilə biləcəyi ehtimallarını artırıb.

Povel artan faiz azaldılması ehtimallarına səbəb oldu

Amerika mərkəzi bank (FED) sədri Jerom Povel yaxın gələcəkdə faiz azaldılmasına gedilə biləcəyi ehtimallarını artırıb. Sədr çərşənbə günü konqres qarşısından çıxışı zamanı, ticarət böhranlarının yaratdığı qeyri-müəyyənliklər və dünya iqtisadiyyatı fonunda narahatlıqlar ABŞ iqtisadiyyatına da mənfi təsir etdiyini bildirib. "İnflyasiyaya qarşı təzyqilər də qalmaqdadır", deyə Povel əlavə edib. FED-in sonuncu müzakirələrində pul-kredit siyasətini müəyyən edən komitə (ing.: "FOMC") üzvlərinin yumşaq siyasət üçün səbəbləri də artıb. 


Povelin bu fikirləri maliyyə bazarlarında iyul ayının sonunda 0.25%-lik faiz azaldılmasına gedilə biləcəyi ehtimallarını artırıb. 0.50%-lik azaldılma ehtimalları da güclü olaraq qalır. FED-in cari faiz dəhlizi 2.25-2.50% aralığıdır. Son günlər isə mütəxəssislər güclü əmək bazarı göstəricilərinə əsaslanaraq, faiz azaldılmasının vacibliyinə şübhə ilə yanaşırdılar. 


Povel fikirlərində qeyri-müəyyənliklərin son aylar daha da artdığını bir daha vurğulayıb. O, iqtisadiyyata qarşı müqavimətdən danışır. Belə ki, bir neçə önəmli ölkələrdə iqtisadiyyat zəifləyib və bu, ABŞ-a da təsir edə bilər. Bununla yanaşı, bank sədri həll olunmayan siyasi problemlərdən də söz açıb. Bunlar ticarət münaqişələri ilə yanaşı, ölkənin borc səviyyəsi və Breksit ilə əlaqədardır. 


Qeyri-müəyyənliklər şirkətlərin investisiyalarının azalmasında özünü göstərir. Bunun əsas səbəbi isə ticarət münaqişələri və qlobal iqtisadiyyatın zəifləməsidir. Lakin buna baxmayaraq, əmək bazarı güclü olaraq qalmaqdadır.