Povel: Faizlər neytral səviyyədən də çox arta bilər

04 Oktyabr 2018

Amerika Mərkəzi Bank sədri Jerom Povelin iqtisadiyyata dair müsbət mövqeyi və bundan asılır olaraq faiz siyasəti mövqeyi foreksdə dolları bahalaşdırır.

Povel: Faizlər neytral səviyyədən də çox arta bilər

Amerika Mərkəzi Bankının (FED) uçot faiz dərəcələri gözləniləndən daha sürətlə arta bilər. Bu haqda bank sədri Jerom Povel çərşənbə günü Vaşinqtonda çıxışı zamanı danışıb. Cari faiz dərəcələri iqtisadi vəziyyəti dəstəkləyir, lakin getdikcə neytral səviyyəyə çatır. "Biz neytralın üzərinə də çıxa bilərik. Lakin bu gün hələ bundan çox uzağıq", deyə sədri əlavə edib. 


FED bugünkü şəraitdə neytral səviyyəni üç faizdə təxmin edir. Bu səviyyə iqtisadiyyatı nə dayandırır, nə də sürətləndirir. Hal-hazırda uçot faiz dərəcələri dəhlizi 2.00-2.25% aralığıdır. Əksər mütəxəssislər FED-in faiz artımı siyasətini gələn il ərzində neytral səviyyəyə çatdırmaqla bitirəcəyini düşünür. Lakin Povelin çıxışı ilə bu senarini zəiflədir. 


Povel ABŞ iqtisadiyyatının yaxşı vəziyyətini bir daha vurğulayıb. ABŞ aşağı inflyasiya ilə aşağı işsizlik səviyyəsi ilə "xüsusi dövr"-ünü yaşayır: "Bu, diqqətə layiq müsbət iqtisadi vəziyyətdir. Prosesin davam etdirilməməsi üçün isə səbəb yoxdur".


Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti cari həftə ərzində 1%-dən çox bahalaşıb. Bazarlarda isə cümə günü Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq ABŞ-ın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar gözlənilir.