Povel: FED tədbirlər görəcəkdir

04 İyun 2019

Dünya birjalarında iqtisadiyyatda siyasi və iqtisadi risklərin artdığı bir şəraitdə, FED-in açıqlamaları faiz azaldılması ehtimallarını da artırır.

Povel: FED tədbirlər görəcəkdir

Amerika mərkəzi bankı (FED) ABŞ ilə Çin arasında ticarət böhranını yaxından izləyir və vəiyyətə uyğun davranacaqdır. "Biz bilmirik ki, problemlər necə və nə vaxt həll olunacaqdır", deyə FED sədri Jerom Povel çərşənbə axşamı Çikaqoda baş tutan mərkəzi bankların konfransında çıxışı zamanı deyib. FED inkişaf sürətini qorumaq üçün münasibətlərin pozulmasını iqtisadiyyata təsirini nəzarətdə saxlayır və "həmişə olduğu kimi" tədbirlər görəcəkdir. 


Povelin açıqlamaları faiz azaldılması spekulyasiyalarına səbəb olur. Maliyyə bazarlarında artıq cari il ərzində iki dəfə faiz azaldılması proqnozlaşdırılır. Buna səbəb isə ABŞ ilə Çin arasında ticarən böhranının dərinləşməsidir, həll yolluna dair isə bir siqnal yoxdur. Beləliklə, iqtisadi risklər yüksəlir.