Povel: Firmalar borclanma fonunda düşünməlidirlər

21 May 2019

FED sədri firmaların borclanma səviyyələrinin düşünüləcək səviyyələrə çatdığını dilə gətirib.

Povel: Firmalar borclanma fonunda düşünməlidirlər

Amerika mərkəzi bankının (FED) sədri Jerom Povel firmalarda rekord borclanma səviyyələri ilə bağlı xəbərdarlıq edib. Vəziyyət 2007-2009-ci illərdə maliyyə böhranına səbəb olan ipoteka bazarı vəziyyətilə müqayisə olunmazdır və kreditlərin həcmi iqtisadi inkişaf səviyyəsinə bərabərdir, maliyyə bazarı da itkilərə qarşı dayanıqlıdır. 


Lakin borclanma və inkişafın zəiflədiyi zamanlarda risklərə dair şəffaflıq aşağıdır. "Firmaların borclanması elə bir səviyyəyə çatıb ki, bu, fasilə və düşünmək üçün səbəbdir", deyə Povel əlavə edib.