Povel: Hökümət səylərini artırmasa, böhran dərinləşəcək

13 May 2020

Beynəlxalq maliyyə bazarlarında böyük maraqla gözlənilən FED sədri Jerom Povelin çıxışı daha çox hökümətə yönəlib.

Povel: Hökümət səylərini artırmasa, böhran dərinləşəcək

Amerika Mərkəzi Bankının (FED) sədri höküməti Korona böhranı ilə mübarizədə fiskal dəstəyə çağırıb. Çərşənbə günü Jerom Povel "Peterson Institute"-da çıxşı zamanı Konqresdən əhatəli maliyyə yardımlarını daha da genişləndirməlidir. Əks təqdirdə, böhran uzun davam etməklə, inkişafın zəifləməsinə və gəlirlərin artmamasına səbəb ola bilər. 

FED böhran bitənə kimi maliyyə imkanlarından geniş istifadə edəcəkdir. Lakin sözügedən yol qeyri-müəyyəndir və böyük risklərlə bağlıdır. Korona böhranının iqtisadi fəsadları ikinci dünya müharibəsindən sonra müşahidə edilən böhranlardan daha böyükdür. 

Qeyd etmək lazımdır ki, ölkənin birinci bankı monetar siyasətini dayanmadan yumşaltmaqda davam edir və yeni alətlərdən də istifadə edilməkdədir. Belə ki, FED artıq kreditlənmə səviyyələri aşağı olan özəl şirkətlərin istiqrazlarını almağa başlayıb.