Povel: İqtisadiyyatda uyğunsuzluq var

03 Oktyabr 2018

FED sədri Jerom Povelin faiz artımı sürətinin yüksəldilməməsinin səbəblərini açıqladıqdan sonra dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşıb.

Povel: İqtisadiyyatda uyğunsuzluq var

Amerika Mərkəzi Bankının (FED) sədri Jerom Povel cari faiz artımı siyasətində qalmaq niyyətindədir. Çərşənbə axşamı Bostonda baş tutan konfransda çıxış edən sədr, Amerikanın əmək bazarındakı vəziyyətə görə tələsmək üçün səbəblər görmür. Əmək haqlarındakı artım müsbət qarşılanır, lakin ümumilikdə əmək bazarında inkişaf sürəti normaldır və aşağı işsizlik daha güclü faiz artımı siyasəti üçün inflyasiyaya o qədər də təsir etməyəcək. 


Bununla yanaşı, Povel uyğun olmayan iki amilin mövcudluğuna vurğu edib. Belə ki, hal-hazırda ABŞ-da müşahidə edilən aşağı işsizlik ilə aşağı inflyasiya diqqət mərkəzində saxlanılmalıdır: "Həqiqət odur ki, xüsusi dövrlərdə yaşamaqdayıq". İqtisadi nəzəriyyələrə görə, aşağı işsizlik işçilər üçün geniş seçim imkanları yaratdığı üçün yüksək əmək haqlarına gətirməlidir. Lakin uzun müddətdir ki, bu uyğunluq ABŞ və digər sənaye ölkələrində müşahidə edilmir. 


FED sədrinin çıxışından sonra beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti 0.5%-ə kimi ucuzlaşıb.