Povel: Maliyyə bazarları tədbirlərimizə hazırdır

08 May 2018

FED sədri Povel faiz artımı siyasətinə gözlənilən sürətdə davam etdiklərini bildirib və bunun inkişaf etməkdə olan ölkələrə təsirini də inkar edib.

Povel: Maliyyə bazarları tədbirlərimizə hazırdır

Amerika Mərkəzi Bankının (FED) asta sürətli faiz artımı siyasətilə birjalarda yüksək dalğalanmaların və inkişaf etməkdə olan ölkələrə mənfi təsirinin qaşısını almağa çalışır. Bu haqda Jerom Povel çərşənbə axşamı Çürixdə İsveçrə Mərkəzi Bankında (alm.: "SNB") baş tutan tədbirdə çıxışı zamanı danışıb. O, iqtisadiyyatın gözləntilərə uyğun inkişaf etməsini vurğulayaraq, maliyyə bazarlarının da FED-in gələcək siyasətinə hazır olduğunu bildirib: "Maliyyə bazarları iştirakçılarının FED-in siyasəti fonunda gözləntiləri siyasətçilərin (FOMC) gözləntilərinə uyğundur". 


Qeyd etmək lazımdır ki, FED sonuncu dəfə cari il üzrə 3 faiz artımı siqnalını verib. İlk addımı mart ayında olub və digər 2 addımın da ilin sonuna kimi baş verəcəyi prqnozlaşdırılır. Lakin ilin sonuna kimi 2 faiz artımı demək olar ki, artıq qiymətlərdə öz əksini tapıb. Bununla yanaşı, 4-cü addım da ehtimal edilir, lakin bu, inflyasiya dinamikasından asılıdır. 


FED-in monetar siyasətini müəyyən edən komitənin (ing.: "FOMC") bəzi üzvləri inflyasiyanın hədəflərin üzərində inkişafının pul siyasətinin sərtləşdirilməsinin vacibliyinə işarə olmadığı vurğulayırlar. Mütəxəssislər inflyasiyanın 2%-in üzərində artımını hədəfdən zəif uzaqlaşma kimi qiymətləndirirlər.