Povel: Faiz artımına mərhələli şəkildə davam ediləcək

27 Fevral 2018

Bu gün aşağı palata qarşısında danışan FED sədri ABŞ iqtisadiyyatının inkişaf etdiyini və faiz artımının önəmliyini vurğulayıb.

Povel: Faiz artımına mərhələli şəkildə davam ediləcək

Amerika Mərkəzi Bankının (FED) yeni sədri bu gün konqres qarşısında çıxışı zamanı pul siyasətinin mərhələli şəkildə sərtləşdirilməsinin davam etdiriləcəyini bildirib. Mövcud iqtisadi inkişaf dinamikasına əsaslanan sədr, maliyyə bazarlarındakı vəziyyətin də (dolların ucuzlaşması, istiqraz gəlirliliyinin artması) iqtisadiyyata güclü təsir etmədiyini vurğulayıb. 


Bununla yanaşı, Fed-in pul siyasətini müəyyənləşdirən "FOMC"-nin riskləri balanslı olaraq gördüyünü bildirən Pavel, maliyyə siyasətinin daha dəstəkləyici və ixracda xarici tələbin artmaqda olduğunu deyib.


Qeyd etmək lazımdır ki, beynəlxalq birja iştirakçıları bu il üç və ya dörd faiz artımı proqnozlaşdırırlar və mart ayında növbəti faiz artımının həyata keçirilməsi əminliyi mövcuddur.