Povelin açıqlamaları

27 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında investorların diqqət mərkəzində olan hadisələrdən biri də FED-in gələcəyə dair plan və gözləntiləridir.

Povelin açıqlamaları

Amerika Mərkəzi Bankının (FED) sədri Jerom Povel çərşənbə axşamı büdcə balansının azaldılmasına dair planına toxunub.


Sədr FED-in ilin sonuna kimi istiqraz aktivlərinin azaldılması sürətinin azaldılması və ilin sonunda balansın 1 trilyonda saxlanılması niyyətində olduğunu bildirib. Bu səviyyə isə maliyyə böhranından əvvəlki səviyyədən yüksəkdir. 2008-ci il maliyyə böhranından əvvəl FED-in büdcəsində yığılan və qorunan aktivlərin həcmi 800-900 milyard dollar həcmində olub. 


Bütün bunlar bankın sərt monetar siyasətinin dayanmasına işarədir. 


Qeyd etmək lazımdır ki, son bir neçə ildə ABŞ iqtisadiyyatında canlanma müşahidə edildikdən sonra FED faizlərini artırmağa və büdcə balansını boşaltmağı qərara aldı. Lakin FED artıq növbəti faiz artımından danışmır, səbrli olmağı təklif edir və büdcə balansını tam kiçikltməyəcəyini bəyan edir.