Povelin çıxışı və ABŞ-Şimali Koreya zirvə toplantısı

27 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında Avropa sessiyası hadisələrlə zəngin olmasa da Amerika sessiyasında ticarət aktivliyi yenidən arta bilər.

Povelin çıxışı və ABŞ-Şimali Koreya zirvə toplantısı

Bugünkü ticarət günü hadisələrlə elə də zəngin deyildi. Britaniyanın müxalifət partiyası leyboristlər ikinci referendum barədə düzəlişi təqdim etməyə çalışacaqlar, amma bu addım yəqin ki, diqqət cəlb etməyəcək.


Bu gün ABŞ-da Povelin çıxışının ikinci günü keçiriləcək. Bundan başqa ABŞ prezidenti Trampın Şimali Koreyaya səfəri, uzunmüddətli məhsul sifarişləri və başa çatmamış ev satışı müqavilələri izlənəcək.