Povelin çıxışı və dollar ucuzlaşmağa başladı

02 Mart 2018

Dolların ucuzlaşması, dünya birjalarında avro, funt və qızıl qiymətlərinin bahalaşmasına təsir edib.

Povelin çıxışı və dollar ucuzlaşmağa başladı

Cümə axşamı Amerika Mərkəzi Bankının (FED) sədri Povelin senat qarşısında çıxışından sonra dolların aparıcı valyutalara nisbətən qiyməti ucuzlaşmağa başlayıb. Sədr uçot faiz dərəcələrinin artım sürəti fonunda ehtiyatlı davranmağın önəmliyini vurğulayıb. Bu isə Amerikada iqtisadi inkişafın zəif olması ilə əlaqələndirilir.


Avro və Funt bahalaşır. 

EUR/USD məzənnəsi Amerika sessiyasında 1.2280$-a kimi bahalaşıb və 1.2415$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. 1.3790$-a kimi bahalaşan GBP/USD məzənnəsi isə 1.3925$-a kimi bahalaşa bilər.


Qızıl 1302$-a kimi ucuzlaşdı, indi bahalaşır. 

Qızılın bir unsiya üzrə qiyməti də 1302$-a kimi dəyər itirdikdən sonra bahalaşmağa başlayıb. Artıq 1316$-ın üzərində təklif edilən qızıl fyuçersləri, 1329$-a kimi də dəyər qazana bilər.